• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 13.11.2022 21:50

Şəhid Elvin Məmmədzadənin xatirəsi anılıb

KepezTV Player

Samuxda Vətən müharibəsi şəhidi Elvin İlham oğlu Məmmədzadənin xatirəsi anılıb, barəsində nəşr olunmuş kitabının  təqdimatı keçirilib. Kitabda şəhidin həyatı, döyüş yolu və qəhrəmanlığı haqqında ətraflı məlumat yer alıb. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Məmmədzadə 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət və mərdlik göstərərək iştirak edib. Elə Şuşa döyüşləri zamanı şəhadətə ucalıb. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni,Şuşanın, Qubadlının, Fizulinin azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif olunub.