• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 06.02.2024 10:03

Qazanxanada partlayış olub, xəsarət alan var

KepezTV Player

Bakının Yasamal rayonunda yaşayış binasının qazanxasında partlayış olub. Partlayışın dalğasından ətrafdakı 11 minik avtomobilinə ziyan dəyib. Bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb. Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.