• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 857
— 01.02.2024 13:26

"Sabah" baş məşqçisi ilə yollarını ayırıb

KepezTV Player

"Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Rusiyalı mütəxəssis komandadan ayrılmaq istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Murad Musayev 2021-ci ilin noyabrdan "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib. "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Mətbuatda Musayevin istefasına səbəb Azərbaycan Kubokunda "Qarabağ"a 1:7 hesablı məğlubiyyət göstərilir.