• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 08.04.2017 10:19

Goranboyda torpaq sahələrinin suvarılmasında çətinlik olmasın deyə tədbirlər görülür

KepezTV Player

Goranboyda 48 min hektar əkinə yararlı torpaq sahələrinin suvarılmasında çətinlik olmasın deyə tədbirlər görülür. Rayon Suvarma Sistemləri İdarəsi çay və kanallarda təmizləmə işləri aparıb, mövcud su-nasos stansiyalarını saz vəziyyətə gətirilib. Hazırda rayon fermerləri taxıl və arpa sahələrinin kvotaya uyğun olaraq suvarılmasını həyata keçirirlər. Bundan başqa bu il rayon ərazisində 5 min hektar sahədə əkilən pambığın su ilə təminatı üçün də qrafik hazırlanıb. Goranboyun əsas su mənbəyi sayılan Kürəkçayda, Qara və Gorançayda, eləcə də Tərtər kanalında baş verə biləcək yaz daşqınlarının qarşısını almaq üçün bəndlər də möhkəmləndirillib.

İsfəndiyər Bayramov- baş mühəndis: “Taxılın birinci suvarılması həyata keçirilir. Bütün sahələrdə suvarma işləri aparılır. Bunun üçün də biz əvvəlcədən bütün arxların hamısını lildən və alaq otlarından təmizləmişik. Mövsümlə əlaqədar rayon ərazisində çaylarda suların artması gözlənilir. Bundan istifadə edərək rayonda sahələrin suvarılmasını mütəşəkkil keçirəcəyik”.

Xaliq Qurbanlı