KepezTV Player
Paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi prospektində çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 2 otaqlı mənzildə yanğın baş verib. Hadisə qeydə alınan zaman evdə heç kim olmayıb. Yanğın mənzilin mətbəxindən başlayıb. 20 kvadrat metr sahə əşyalarla birgə yararsız hala düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə idarəsinin briqadası cəlb olunub. 10 nəfər bina sakini təxliyə edilib. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi elektrik naqillərində qısaqapanma göstərilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 414