• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 29.01.2024 10:22

Pnevmoniya

Virus latınca zəhər sözündən olub, ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı canlı orqanizm olaraq da qəbul edilir. 1892-ci ildə İvanovski sübut edib ki, bu kiçik zərrəciklər asanlıqla məsamələrdən keçə bilirlər. Ona görə də bunlara viruslar, ya da ki, süzülən viruslar adı verildi.

Pnevmoniyanı təyin etmək çətin ola bilər. Adətən soyuqdəyməyə oxşar simptomlarla keçir. Bu xəstəliyin əlamətləri onun törədicisindən asılı olaraq dəyişir. Əgər törədici bakteriyadırsa, tərləmə, titrəmə, döş qəfəsində ağrı, sarı və ya yaşıl rəngli bəlğəm gələ bilər. Bakterial pnevmoniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Pnevmoniyaların təxminən 50%-i isə  viruslar tərəfindən törədilir. Viral pnevmoniyalar soyuqdəymə tipli simptomlarla başlayır. Adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi əlamətlərə rast gəlinir. Xəstəlik inkişaf etdikcə, tənginəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmoniyalar zamanı ikincili olaraq bakterial pnevmoniyalar da əmələ gələ bilər.

Həcər Mustafeyeva- valideyn: “Gecənin bir yarısı nəvəmin vəziyyəti pisləşdi. 40 dərəcə qızdırma ilə xəstəxanaya gətirdik. Hal-hazırda xəstəxanada yatırıq. Öskürəyi çox olurdu. Öskürən zaman başı qaralırdı, nəfəsi kəsilirdi, az qalırdı uşağın dili getsin. Ancaq hal-hazırda uşağın vəziyyəti çox yaxşıdır”.

Tənəffüs yolu infeksiyası zamanı iştah itər, buna görə də uşağı tez-tez və az qidalandırmaq lazımdır. Körpəyə içməli su, meyvə suyu və bitki çayları kimi içkiləri bol miqdarda vermək lazımdır.

Hamı kimi məni də maraqlandıran sual var.Virusların bu qədər yayılma səbəbi nədir? Yaxşısı budur ki, sualımızı mütəxəssislərimizə ünvanlayaq.

Leyla Əliyeva

ƏTRAFLI...