• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 25.01.2024 12:05

Maraqlıdır

Bilirsiniz, köpəkbalığı göz qapaqları olan yeganə balıqdır və bir sıra faydalı tərəfləri var. Onun qığırdağı xərçəng xəstəliyinin müalicəsində istifadə olunur. Hətta balıqlar da suda boğula bilər. İnsanlar kimi balıqların da oksigenə ehtiyacı var. Buna görə də suda kifayət qədər oksigen yoxdursa, onlar boğulurlar. Oksigenin az olmağının səbəblərindən biri də, dənizlərə və okeanlara atılan tullantılardır. Bunun qarşısını almaq üçün daha güclü qadağalar qoyulsa yaxşı olar.

Böyük Britaniyada səki ilə velosiped sürmək qadağandır. Əgər, bu hal baş verərsə, sizə 100 avro civarında cərimə yazılacaq. Bundan başqa, maşınlar üçün də belə bir qadağa var. Əgər sürücü bir yerdə 3 dəqiqədən artıq dayanarsa, o, mütləq mühərriki söndürməlidir. Buna əməl etməyənləri isə 300 avro cərimə gözləyir. Belə yerdə ağlımızdan keçir: bütün qaydalara düzgün əməl edən insanlara mükafat vermək lazımdır.

Sən demə, radioaktivliyin kəşf edilməyində böyük pay sahibi olan, polşalı alim Mari Küri iki dəfə Nobel mükafatı alan yeganə qadındır. O, həmçinin bu mükafatı iki fərqli sahədə – həm fizika, həm də kimya üzrə qazanan iki nəfərdən biri kimi tarixə düşüb. 

İndoneziyada dünyaya yenicə göz açmış körpənin bütün qohum- əqrəbaları onun ətrafına yığılır. Onların arasından biri ad qoymaq üçün seçilir. Ad qoyan şəxs uşağın başı üstündə dayanıb onun əcdadlarının adlarını sadalamağa başlayır. Uşaq hansı ad çəkildiyi an şirin- şirin qığıldasa, deməli, o adı bəyənir və elə uşağın istəyi ilə də ona həmin ad qoyulur. Hətta İndoneziyanın adətinə görə, uşaq bu vaxt ağlayarsa, hamı balacanın bu ada layiq olacağına əmin olur.

Lalə Sadıqova

ƏTRAFLI...