• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 24.01.2024 10:08

Uşağınızda kəşf etdiyiniz gizli istedad

Heydər Əliyev- Ümummilli lider: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin sabahı da bundan asılı olacaqdır”.

Hər bir uşağın özünəməxsus istedadı var. Bunları nəzərə alaraq deyə bilərik ki, valideynlərin və pedaqoqların üzərinə onların xüsusiyyətini tanımaq və tərbiyə etmək kimi mühüm öhdəliklər düşür. Uşaqların oyun vasitəsi ilə özlərini sərbəst ifadə etmələrinə imkan vermək onların ən yaxşı yoludur.

Aləmzər Əlizadə- AYB-nin Gəncə bölməsinin məsləhətçisi: “Mənə elə gəlir ki, ən yaxşı vasitə valideynlərin uşağın yenicə anadan olmasından tərbiyə verməyə başlamasıdır. Anadan olan gündən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır. Valideyn hər zaman övladına diqqət ayırmalıdır. Onlarla hər zaman söhbət etməlidir”.

Valideynlər xoş sözlərdən istifadə etməklə və övladının yaxşı xüsusiyyətlərini göstərməklə, uşaqda özünəinam hissini artıra bilər. Dünyaca məşhur musiqiçi Motsart atasının köməyi ilə pionada ifa etməyə başladı və bu, ona həyatını musiqiyə həsr etməyə, yüzlərlə mahnı bəstələməyə daha da ilhamlandırdı.

Günay Filmanova– Gəncə şəhər 10 saylı bağçanın müdiri: “Körpə yaşlı uşaqlarda yaxşı vərdişlərin təşviq edilməsi daha asan olur. Ona görə ki, bu yaş dövründə onların yaddaşı ağ kağız kimi olur. Tərbiyəçi məşğələ zamanı izləməlidir ki, uşağın hansı pis vərdişləri var və ona artıq yaxşı vərdişlər aşılamağa başlamalıdır”.

Psixoloqların fikrincə, istedad anadangəlmə atribut deyil, düzgün rəhbərliklə insan tərəfindən yaradılan quruluşdur. Bunun üçün isə saydığımız bütün şərtlər yerinə yetirilərsə, uşaqlar hər şeyi öyrənə bilərlər.

Dosteyevski deyib ki, uşaqlar dünyanın ən böyük xoşbəxtliyidir. Gəlin, elə biz də xoşbəxtliyimizi qorumağı bacaraq.

Leyla Əliyeva

ƏTRAFLI...