• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 24.01.2024 09:32

"Qarabağ" liderliyini bir qədər də möhkəmlədib

KepezTV Player

Azərbaycan Premyer Liqasında ilin ilk turu – XIX tur başa çatıb. Son olaraq lider “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə son çempion hesabına növbəti 3 xalı yazdırıb. “Qarabağ” erkən qolla hesabı açıb. 6-cı dəqiqədə Numan Kurdiç avtoqol müəllifi olub. 21-ci dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Fransalı yarımmüdafiəçi 61-ci dəqiqədə dublunu rəsmiləşdirib. Qonaqların gücü buraxılan qollardan birinin əvəzini çıxmağa çatıb. 71-ci dəqiqədə Mohammed Kadiri adını tabloya yazdırıb. Beləliklə, 3:1 hesablı qələbə qazanaraq xallarının sayını 44-ə yüksəldən “Qarabağ” liderliyini bir qədər də möhkəmləndirib.