• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 22.01.2024 11:47

"Kəpəz" və "Turan Tovuz" komandaları qərb derbisində qarşılaşacaqlar

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək. İlk matç Bakıda reallaşacaq. Paytaxt təmsilçilərinin duelində "Səbail" "Zirə"ni qəbul edəcək. Görüş saat 15-də başlayacaq. Meydan sahibləri 26 xalla 5-ci, qonaqlar 29 xalla 3-cü pillədə qərarlaşıb. Günün ikinci görüşü Qəbələ şəhər stadionunda gerçəkləşəcək. "Kəpəz" və "Turan Tovuz" komandaları qərb derbisində qarşılaşacaqlar. Bu matç isə saat 17:30-a təyin edilib. Gəncə təmsilçisi 14 xalla 9-cu, Tovuz klubu 22 xalla 8-ci sıradadır.