• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2308
— 19.01.2024 16:47

Şəmkirdə 51 yaşlı kişi bıçaqlanıb

KepezTV Player

Şəmkirin Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib. Yaralı Gəncədəki xəsatəxanaya aparılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.