• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1971
— 19.01.2024 11:25

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb

KepezTV Player

Dəmiryolu Nəqliyyatında Biləcəri Xətt Polis Şöbəsi əməkdaşları Salyan sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyevi Keşlə stansiyasının ərazisində saxlayıblar. Ondan 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Vahid Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.