• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1246
— 18.01.2024 10:07

Pis vərdişlər

Hər birimizin “n” sayda vərdişləri var. Mənfi və ya müsbət. Biz az qala həyat tərzimizə çevrilən bu vərdişlərin ilk başda zərərli olub-olmadığının fərqində olmuruq. Bəzən alışqanlıqlarımızın bizə necə təsir etməsindən müəyyən bir müddət sonra agah oluruq. 

Anonim şəxs: “İlk dəfə narkotik çəkməyə başlayanda, təxminən 19 yaşım olardı. Ətrafımda olan dost dediklərim, "adı verilməz" bir şeydən xoşbəxt olurdular. Bir gün elə oldu ki, problemim oldu. Bunları dostuma danışanda dedi ki, sənin dərmanın məndədir. Və beləcə hər şey başladı...”.

İnsanın psixi, fiziki və sosial rifahı üçün onun sağlam olması mütləqdir. Biz hamımız canlıyıq, şüurluyuq və nəyin düz, nəyin səhv olduğunu yaxşı bilirik. Yetər ki, sağlam ruha sahib olaq. İnamla zərərli vərdişləri özümüzdən uzaqlaşdırmağı bacaraq.

Leyla Əliyeva

 

ƏTRAFLI...