• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 783
— 18.01.2024 11:48

“Qarabağ”ın futbolçusu Polşa klubu ilə anlaşdı

KepezTV Player

Azərbaycan millisinin və “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındır. 28 yaşlı müdafiəçi LKS Lodz komandasında çıxış edə bilər. Polşa mətbuatının xəbərinə görə, keçid tezliklə açıqlanacaq. Mərkəz müdafiəçisi ağdamlılarla vidalaşaraq Polşaya yollanıb. “Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır. LKS hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.