• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 17.01.2024 15:08

Tapdığı avtomatı polisə təhvil verməyən Abşeron sakini saxlanılıb

KepezTV Player

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rasim Xasməmmədovu üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyi üçün saxlayıblar. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Xasməmmədov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və polisə könüllü təhvil vermək yerinə satmaq üçün özündə saxladığını bildirib.