• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 17.01.2024 08:58

Şəmkirdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkirdə polis rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Sadıqovu saxlayıb. Ondan “Makarov” markalı tapança, həmin silaha aid 6 ədəd 9 mm-lik patron və bir ədəd sandıqca aşkar edilərək götürülüb.

Rayon sakini Vüqar Qasımov isə “heroin”lə yaxalanıb. Evindən “Makarov” tapançası və dörd ədəd patron tapılıb.

Polis yerli sakinlərə məxsus 8 ədəd, müvafiq sənədləri olmayan ov tüfənglərini də aşkar edilərək götürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.