• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1894
— 16.01.2024 10:19

Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçilib

KepezTV Player

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib. 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib. Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Lakin futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib. “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo isə ilin ən yaxşı oyunçusunun seçilməsi üçün keçirilən səsvermədə iştirakdan imtina edib.