• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 13.01.2024 15:39

Daha bir silahlı şəxs saxlanılıb

KepezTV Player

Bakıda Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının  keçirdikləri tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.