• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1887
— 05.01.2024 19:33

Narkokuryerdən külli miqdarda narkotik vasitə və “Kalaşnikov” avtomatı götürülüb

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Goranboy rayon sakini Sabir Alıyev saxlanılıb. Onun üzərində daşıdığı çantaya baxış keçirilərkən 6 kiloqram 315 qram marixuana, 200 qrama yaxın heroin, “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus sandıqça və 23 patron aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin həmin narkotik vasitə və silah-sursatı paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu İran vətəndaşı ilə 2000 manat qarşılığında razılaşdığı məlum olub.

Xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində isə oğurluq edən Abid Məmmədov saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun rayonun Qaradeyin kəndində bir neçə kənd sakininə məxsus tövlədən xırdabuynuzlu heyvanları oğurlayaraq satdığı məlum olub. Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.