KepezTV Player
Laçında avtomobil qəzasında həlak olan gizir Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilib. Yaşadığı evdə baş tutan mərasimin ardınca hərbi qulluqçu Nizami yurdundakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən hərbçinin dəfnində onun ailə üzvləri, hərbçi yoldaşları, şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 28 yaşlı gizir ailəli olub və 2 övladı var. Həmçinin Həsən İsmayılov 5 bacının yeganə qardaşı idi.
- Baxış: 692