• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2036
— 20.12.2023 09:18

“Mançester Siti” klublararası dünya çempionatının finalına yüksəlib

KepezTV Player

İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib. Pep Qvardiolanın yetirmələri yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub ediblər. Oyunda qolları “Urava”nın futbolçusu Marius Heyboten (öz qapısına), Mateo Kovaçiç və Barnardo Silva vurublar. Finalda “Şəhərlilər”in rəqibi Braziliyanın “Fluminense” klubu olacaq. Oyun dekabrın 22-də keçiriləcək.