• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 15.12.2023 10:29

Ətir seçimi

Ətir bəzən əhval-ruhiyyəmizin yüksəlməsində gözəl vasitə ola bilər. Bəzən isə elə olur ki, seçdiyimiz ətirlər başqalarnın zövqünə uyğun gəlmir. Odur ki, ətir alarkən nələrə diqqət yetirilməli və ən əsası da dəri tipinə uyğun ətirləri necə seçməliyik, bu haqda müsahibimizin fikirləri düşünürəm ki, bizim üçün faydalı ola bilər. 

Ləman Qurbanzadə- ətir satıcısı: “Ətir alarkən daha çox qalıcılığına diqqət yetirməliyik. Ətir alarkən, xahiş edin ki, sizə parfum suyundan az istifadə etsinlər, yağdan isə çox ki, qalıcılığı yaxşı olsun. Hər fəslin özünə uyğun ətiri var. Qış fəslində daha çox tünd ətirlərdən istifadə olunmalıdır. Bəzən şikəyət edirlər ki, qışda ətrin qoxusu gəlmir, ona görə də hava tünd olduğu üçün, daha çox tünd ətirlərdən istifadə etməliyik ki, qoxusunu özümüz də ala bilək, ətrafa da yayılsın. Yayda isə sərin  və şirin, gül kimi qoxulardan istifadə etmək məsələhətlidir”.

Ətir alarkən seçim etmək heç də asan məsələ deyil. Bir qisim hər zaman istifadə etdiyi ətirə üstünlük verir, mövsümə uyğun ətirdən istifadə edir, bəziləri isə fərqli ətirlərə üstünlük verir. İlk olaraq ətirin harada istifadə olunacağına fikir vermək lazımdır. Əyləncə üçün istifadə olunan ətirlə, işgüzar görüşlərdə istifadə ediləcək ətirlər tamamilə fərqlidir. Biri daha çox duyulan, daha bərk, digəri isə daha az duyulan, belə desək, daha sakit olmalıdır. Seçim zamanı hər kəs öz xarakterinə də fikir verməlidir. Məsələn, idealist və sərt görünüşlü olmayan insanlar, daha çox açıq və tünd olmayan ətirlərə üstünlük verirlər. Lakin intizamlı iş rejiminə sahib olan, görünüşcə daha sərt və xarakterində ağırlıq hiss olan insanlar  əsasən tünd ətirlərə üstünlük verirlər. Əgər ətir alan şəxs seçimində qərarsızdırsa, bu nüanslara diqqət edərək, seçim edə bilər”. Dəriyə uyğun ətir seçimlərinə gəldikdə isə hər kəsin fərqli dəri növləri olduğu üçün  ətir hamıda eyni cür qoxu verməz və xoş təsir bağışlamaz. Bu səbəbdən ətir dərinin yağ nisbətinə görə seçilməlidir. Qoxular dərimizdə qalıcı və dominant olsa da, bəzən yüngül və zəif qoxu hiss edilir.

Günay Əsgərova

ƏTRAFLI...