• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 13.12.2023 13:26

Avtomobildə sıxılıb qalan şəxslər xilas ediliblər

KepezTV Player

Bakının Nərimanov rayonunda qəza olub. Vaqif prospektində Niva ilə “SAİPA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, yüksək sürətlə toqquşmuş maşınların hər ikisinin sürücüləri ağır xəsarət alıb. “SAİPA”nın sürücüsü ilə sərnişinləri deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıblar. Məlumatla əlaqədar hadisə yerinə  FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və iki sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.