• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 11.12.2023 16:09

“Kəpəz” 7 ildən sonra ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb

KepezTV Player

“Kəpəz” 7 ildən sonra ilk dəfə səfərdə böyükhesablı qələbə qazanıb. Bu, Azərbaycan Premyer Liqasının XVI turunda, “Qəbələ” ilə oyunda baş verib. 3:0 hesablı qələbə qazanan gəncəlilər sonuncu dəfə 2772 gün əvvəl rəqib meydanında bunu bacarıblar. 7 il 7 ay öncə - 2016-cı il mayın 7-də “Xəzər Lənkəran”ın qonağı olan qərblilər 3 cavabsız qola seviniblər. Gəncə təmsilçisi sonuncu dəfə üç və ya daha çox top fərqli qələbəyə isə ötən mövsüm nail olub. 2022-ci il oktyabrın 29-da “Səbail”lə qarşılaşan “Kəpəz” 3:0 hesablı ev qələbəsindən 406 gün sonra eyni nəticəyə imza atıb. Bu, klub tarixində Premyer Liqada qazanılan 94-cü böyükhesablı qələbə olub.