• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 09.12.2023 19:38

Velosiped məşqçiləri üçün texniki kurslar keçirilib

KepezTV Player

Kurslar 26 noyabr - 3 dekabr aralığında təşkil olunub. Kurslara qatılan ölkənin müxtəlif şəhər və rayonlarından olan 18 məşqçi arasında Gəncədən Azərbaycan Velosiped Federasiyasının yerli filialının azyaşlı uşaqlar qrupunun məşqçisi Rüfət Quliyev də olub. Quliyev təlimdə öyrəndiklərinin gələcək fəaliyyətində dəyərli olacağını dilə gətirib. 

Rüfət Quliyev- məşqçi: “Bizə orada çox dərslər keçdilər. Yaxşı öyrətdilər. Bilmədiyimiz çox şey var idi. Həm məşqlərin keçirilməsi, həm yeni qaydalar, yol hərəkəti qaydaları, velosipedi necə düzgün istifadə etmək, uşaqlar ilə necə davranmaq və s. öyrədildi. Yəni çox incəliklər var. Uşaqlara da, müəllimlərə də faydası böyük oldu”.

Nəzəriyyə və təcrübədən ibarət olan kursun sonunda imtahanları müvəffəqiyyətlə başa vuran məşqçilərə beynəlxalq dərəcəli məşqçilik sertifikatı təqdim olunub. Məşqçilərin beynəlxalq arenada tanınması və dünyanın istənilən ölkəsində öz fəaliyyətlərini həyata keçirə bilməsi vacibdir. Velosiped idman növü üzrə 4-cü dəfədir ki, texniki kurslar baş tutur. Ümumilikdə 80 məşqçi burada iştirak edib.

Ramin Paşayev