"Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir". TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu barədə məlumat verib. Onun sözlərinə görə, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var. İnfeksion və yoluxucu şöbələrinin tam hazır vəziyyətdə olduğunu deyən Vüqar Qurbanov həm ambulator, həm də stasionar müraciətlərin daxil olduğunu vurğulayıb. O bildirib ki, xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır. TƏBİB-in İcraçı direktoru qızılca ilə bağlı valideynlərə çağırış da edib.
Vüqar Qurbanov - TƏBİB-in icraçı direktoru: Valideynlərdən və vətəndaşlardan xahiş edirəm, övladlarında qızılca ilə bağlı hansısa simptom olduğu halda tibb müəssisələrimizə müraciət etsinlər. Xəstənin vəziyyətinin ağır və ya yüngül olmasından asılı olmayaraq, evdə müalicə etmək düzgün deyil. Xəstəyə ixtisaslı həkimlərin baxmağına ehtiyac var. Çünki infeksion, yoluxucu xəstəliklərin fəsadları çox olur. Buna görə bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik, nəzarəti də həyata keçirir, lazım olduğu zaman stasionar müalicəni də həyata keçiririk".
- Baxış: 175