• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 04.12.2023 11:44

Samuxda oğurluq etməkdə şübhəli bilinən qohumlar saxlanılıblar

KepezTV Player

Samuxun Kolayır kəndindəki fərdi yaşayış evindən ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyaları oğurlanıb. Polis cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmovu saxlayıb. Onun oğurluğu bacısı oğlu Sərxan Balakişiyev ilə birlikdə törətdiyi də məlum olub. Balakişiyev istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.