• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1861
— 02.12.2023 11:50

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb

KepezTV Player

Qusarda polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev rayonun Yasab kəndi ərazisində saxlanılıb. Üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Eldar Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib. Faktla əlaqədar təhqiqat araşdırmaları aparılır.