• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 02.12.2023 11:47

Şəkidə avtomobil dərəyə aşıb, xəsarət alan var

KepezTV Player

Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford” markalı minik avtomobili dərəyə aşıb. Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olmasıdır. Faktla bağlı araşdırma aparılır.