• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 30.11.2023 11:09

Naftalan sakini tapdığı avtomatı polisə könüllü təhvil verib

KepezTV Player

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Şəhər sakini Polis Şöbəsinə gələrək, bir müddət əvvəl Goranboy rayonu ərazisindən tapdığı 1 ədəd "Kalaşnikov" markalı avtomatı və 1524 ədəd 7.62 mm-lik patronu könüllü təhvil verib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.