• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 29.11.2023 10:09

Yemək seçicisi olmaq

İnsanlar hər zaman yeni dadlar kəşf etmək istəyir. Odur ki, özünüzü  uşaq vaxtından müxtəlif dadlara nə qədər tez alışdırsanız, o qədər "yemək seçmək" xəstəliyindən də uzaq olmuş olarsınız.

Düzgün qidalanma sağlamlığın təməl prinsipidir. Müasir yaşayış tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyata tətbiqini çətinləşdirir. Gündəlik təzə qida məhsullarının istehlakı orqanizmi lazımi qədər zəruri qida maddələri ilə təmin edir.

Valeh Rzayev- baş aşpaz: “Qida, həyatımızda əsas şərtlərdən biridir. Və təəssüflər olsun ki, çoxumuz bundan xəbərdar deyilik. Hal-hazırda cavanlarımızın çoxu tez hazırlanan yeməklərə üstünlük verir. Və bu da çox kalori daşıdığına görə, çox ziyanlıdır”.

Elə təamlar var ki, heç də hamı tərəfindən bəyənilmir. Çünki hər kəs fərqli ağız dadına malikdir.

Valeh Rzayev- baş aşpaz: “Bu sənət, hər zaman yeni dadlar kəşf etməyi sevir. Yeni dadları kəşf etmək üçün də, hər bir insan öz peşəsinə sevgi ilə yanaşmalıdır. Yeni dad kəşf etmək üçün, hər bir aşpaz fotoyaddaşa malik olmalıdır. Onun dadı və ləzzəti duyma qabiliyyəti olmalıdır, həmçinin də yeməkləri sintez etməyi bacarmalıdır. Mən özüm fərqli üsulda yeni dadlar qataraq, yemək  bişiriməyi  xoşlayıram. Yeməklərdə seçici olmaq lazımdır. Elə yeməklər var ki, çox acıdır və mədə probleminə gətirib çıxarır, həddindən çox şirin yemək də şəkər xəstəliyinə səbəb ola bilər. Şirniyyatı sevən biri kimi bacardığım qədər uzaq durmağa çalışsam da, hərdən istifadə edirəm”.

Cins və həyat təcrübəsi müxtəlif insanların fərqli dada reaksiyasına təsir etsə də, qıdanın quruluşuna qarşı individual reaksiyanı izah etmək hələ də sirr olaraq qalır.

Günay Əsgərova

ƏTRAFLI...