• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 29.11.2023 20:50

Yaşayış evi yanıb

KepezTV Player

Gəncənin Mirzə Abbas Abbaszadə küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində yerləşən yaşayış evində yanğın olub. Şəhər sakini 1962-ci il təvəllüdlü Valiya Rzayevaya məxsus ümumi sahəsi 54 kvadratmetr olan 2 otaq, bir mətbəxdən ibarət olan evin dam örtüyü 10 kvadratmetr sahədə yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.