• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 29.11.2023 16:12

Xarici vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb

KepezTV Player

Hacıqabulda polis əcnəbi vətəndaşa pul qarşılığında narkokuryerlik etməkdə şübhəli bilinən Lənkəran rayon sakini İlqar Əmənullayevi Nəvahi kəndi ərazisində saxlayıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu "Toral" adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək ondan aşkarlanan narkotik vasitələri 1000 manat müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.