• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 24.11.2023 10:18

Sürücülük bacarığı nədir?

Nəqliyyatdan yararlanarkən təhlükəsizlik qaydalarına əməl olunması ən vacib amildir. Təhlükəsizlik qaydaları dedikdə təkcə nəqliyyat vasitələrinin idarə edilməsi  nəzərdə tutulmur. Piyadaların, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin təhlükəsizliyi də ciddi şəkildə qorunmalıdır.

Eşqin Qasımov –DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı: “Əfsuslar olsun ki, 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisələri arasında piyadaların vurulması və hətta ölümü ilə nəticələnən hadisələrimiz də vardır ki, burda həm sürücülərdə həm də piyadalarda nöqsanlar aşkarlanır. Belə ki, sürücülərin şəhər daxilində sürət həddini düzgün müəyyənləşdirməməsi, piyadaların qanunla müəyyən edilməmiş yerdə yolun qarşısına keçməsi və hətta piyada səkiləri olduğu halda, yolun avtomobil hərəkəti üçün nəzərdə tutulan hissəsindən hərəkət etməsidir”.

İnsan ətrafını dəyişmək üçün ilk öncə özünü dəyişməlidir. Gəlin, yol təhlükəsizliyi qaydalarına ilk öncə özümüz əməl edək ki, digərlərinə nümunə ola bilək.

Leyla Əliyeva

ƏTRAFLI...