• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 23.11.2023 16:44

Kürdəmirdə azyaşlı qızılcadan ölüb

KepezTV Player

Kürdəmir rayonu, Qağacılı kənd sakini, qızılca diaqnozu qoyulan 2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu yerli xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib. Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.