• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 23.11.2023 16:03

Evin döşəməsi çöküb, 27 nəfər xəsarət alıb, ölən var

KepezTV Player

Bərdədə yas mərasimi keçirilən ikimərtəbəli fərdi yaşayış evinin döşəməsi çöküb. Hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Ev köhnə tikili olduğundan döşəmə ağırlığa tab gətirməyib.  TƏBİB-in məlumatına görə baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir. 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır. Prokurorluq faktı araşdırır.