• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 23.11.2023 09:24

Şri-Lanka vətəndaşı sərhədi pozmağa cəhd edib

KepezTV Player

Qusarın Şirvanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1989-cu il təvəllüdlü Şri-Lanka vətəndaşı Victor Punitha Vidtithiran Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Onun ölkə ərazisinə rəsmi qaydada gəlməsi, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.