• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 23.11.2023 09:19

Qəza olub, ölən və xəsarət alanlar var

KepezTV Player

Gəncədə bir nəfərin ölümü, daha bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Nizami Gəncəvi prospektində 2 "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1952-ci il təvəllüdlü Rəziyyə Əhmədova dünyasını dəyişib. Qəza zamanı habelə 2004-cü il təvəllüdlü Əli Süleymanov, 1999-cu il təvəllüdlü Taleh İsmayılov, 2004-cü il təvəllüdlü Nərgiz Qarayeva, 2005-ci il təvəllüdlü Nərmin Qarayeva və 1958-ci il təvəllüdlü Fərqanə Məmmədova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.