• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1882
— 18.11.2023 12:56

Masallıda rayon sakinindən odlu silah və narkotik aşkarlanıb

KepezTV Player

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayonun Boradigah qəsəbə sakini Zaur Rufullayev saxlanılıb. Keçirilən baxış zamanı onun yaşadığı evdən 1 ədəd yivli odlu silah olan “TOZ-8” markalı tüfəng, üzərindən isə həmin silaha aid patron və heroin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.