• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1121
— 17.11.2023 15:21

Vətəndaşların bank kartlarından dələduzluq yolu ilə pul oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə qrupunun əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Asif Səmədovu saxlayıblar. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə digər şəxslərə məxsus bank kartlarının üzərində olan kodları müxtəlif yollarla əldə edib. Və uzun müddət ərzində Bakıda və respublikanın bir neçə rayonunda vətəndaşların pullarını mənimsəyib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. A.Səmədov əvvəllər də analoji əməllər törətdiyinə görə məsuliyyətə cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.