• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 14.11.2023 11:51

Yevlax sakinlərindən silah-sursat və narkotik götürülüb

KepezTV Player

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları rayon sakinlərindən silah-sursat və narkotik vasitələr götürüblər. İlk tədbir zamanı odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov saxlanılaraq şöbəyə gətirilib. Axtarış aparılarkən ondan “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron götürülüb. Digər bir əməliyyatla rayon sakini Abıl Yusibovun üzərinə və avtomobilinə baxış zamanı heroin, marixuana və metodon həbləri aşkar edilib. Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq davam etdirilir.