• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 03.11.2023 08:55

"Prius"la "Ferrari" toqquşub, xəsarət alanlar var

KepezTV Player

Bakının Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb. Hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib. “Toyota Prius” markalı maşının sürücüsü yol nişanın tələbinə əməl etməyərək qəfil yola çıxıb. Bu zaman maşın kəsişmədən keçən “Ferrari” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.