• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2570
— 02.11.2023 15:46

Mingəçevirdə “kirayə ev” adı altında vətəndaşları aldadan şəxs saxlanılıb

KepezTV Player

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları “kirayə ev” adı altında vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Kürdəmir sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynovu saxlayıb. Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən onlayn yolla müxtəlif məbləğlərdə ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib. Faktla bağlı araşdırma aparılır.