KepezTV Player
Azərbaycan və Ermənistan Baş nazirləri Gürcüstanda görüş keçiriblər. Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər. Danışıqların təfərrüatları açıqlanmayıb. "Gürcüstan qərəzsiz və neytral mövqedən çıxış edərək Azərbaycan ilə Ermənistan arasında vasitəçiliyə hazırdır". İrakli Qaribaşvili onu da vurğulayıb ki, Gürcüstan hökuməti regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır.
- Baxış: 189