KepezTV Player
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər. İş üzrə zərərçəkən kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Növbəti iclas noyabrın 1-nə təyin edilib. Xaçatryan iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub. Sentyabrın 22-də ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
- Baxış: 186