• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 06.09.2018 16:11

Bu il Tovuz rayonunda 6600 hektar sahədə kartof əkilib

KepezTV Player

Ümumlikdə isə sahələrdən 5  min tondan artıq məhsul götürülüb. Ötən illərlə müqayisədə məhsuldarlığın aşağı olması növbəli əkin sisteminə riayət edilməməsi, mineral gübrələrdən həddindən artıq istifadə olunması və havanın tempuraturunun yuxarı olması ilə əlaqələndirilir. Sahələrin kartof güvəsi ilə sirayətləməsi isə fermerləri çətin duruma salıb.

Ayaz Vəlioğlu fermer: Biz sahədən kartof çıxaan zaman tempuratur 40-45 dərəcə isti olub. Bu görünməmiş istilik idi. Sonra çıxarılan məhsulu vurduğ sahəyə bir müddətdən sonra dedik başlayaq alverimizə. Gəldik gördük ki, bütün kartofumuz zay olub

Bəyaz Əsgərova fermer:Bu il 1 hektardan heç 1 ton belə olmadı. Ancaq keçən il 1 hektardan 2-3 ton məhsul götürmüşdük. Bu il çıxan kartof göz qabağındadır. Zərəvericilərdə müşahidə olunurdu dərmanladıq yerdə səpin vaxtı, məhsul çıxarılandan sonrada dərmanlandı. Qiymətdə ki, 30-40 qəpik arasındadır yaxşı kartof,daha belə kartof yox beləsi 20 qəpiyə satılır

Elxan Nağıyev fermer: Şəraitin olmamsıda məhsuldarlığa təsir göstərir. Belə ki, saxlama kameralarımız yoxdur. Dövlət məhsulun saxlanılması üçün saxlama kamera tiksə daha yaxşı olar.

Hazırda Respublika Bitgi Mühafizə Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunu kartofçuluqla məşğul olan kəndlərində monitorinqlər aparılır. Və kartof güvəsinin bölgədə kütləvi yayılmasına zəmin yaradan məsəslələr araşdırılır.

Allahverdi Mustafayev Respublika Bitki Mühafizə Mərkəzinin baş aqronomu: Sahədən məhsulu yığandan sonra bitgi qalıqlarını sahəyə atıb getmək olmaz. Bunların hamısı potensail sirayətlənmə mənbəyidir. Onları yığıb məhv etmək lazımdır. Yoxsa belə bir şəraitdə məhsul saxlamaq olar...

Mərkəz tərəfindən bu il 2500 hektar kartof güvəsinə sirayətlənmiş sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Yığılan məhsulun kortəbii şəraitdə saxlanılması da kimyəvi və bioloji mübarizə aparılan kartofun güvə zərəvericisinə yenidən yoluxmasına gətirib çıxarır. Bu da uzun müddət saxlanılmalı olan məhsulun daha tez xarab olması deməkdir.

Lalə Şamilova Tovuz Rayon Bitki Mühafizə  Mərkəzinin rəisi:Yaşayış massivlərində kustar üsulla düzəldilən yerlərdə saxılanılır kartof. Havaların isti keçməsidə kartof güvəsinin artımına gətirib çıxarıb. Belə ki, havanın tempuraturu +10 dərəcədən artıq olursa kartof güvəsi nəsil veərərk artır. Bu zərəvericidə diapauza mərhələsi olmadığı üçün Azərbaycan iqlimi onlar üçün əlverişlidir və hər il 4-6 dəfə nəsil vermək qabiliyyətindədilər.

Mütəxəssilər kartofun əkib beçərilməsi və saxlanılması ilə bağlı aqrotexniki qaydalara fermerlərin ciddi əməl etməsini tövsüyyə edir. Əks halda aparılan kimyəvi və bioloji mübarizə tədbirləri öz effektivliyini verəməyəcək, buda kartof güvəsinin gələn ildə sahələrdə kütləvi müşahidə olunmasına, sonda isə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxaracaq.