• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 19.10.2023 08:46

“Qərbi azərbaycanlıların indiki Ermənistanda yaşaması və digər hüquqları üçün təminat verilməlidir”

KepezTV Player

“Qarabağdakı ermənilərin Azərbaycanda yaşamaq hüququ kimi, indiki Ermənistandan, yəni Qərbi Azərbaycandan köçürülmüş azərbaycanlıların da eyni cür hüququ var. Bu məsələdə bizə də təminat verilməlidir, balans qorunmalıdır”. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada Strateji İqtisadi və Cəmiyyət Araşdırmaları Vəqfində keçirilən "Qarabağ zəfərindən sonra Azərbaycan" adlı paneldə çıxış edən bildirib. Səfir deyib ki, tarixin müxtəlif mərhələlərində Ermənistandan deportasiya edilən milyondan çox azərbaycanlı var ki, onların yaşamaq hüquqları pozulub.