• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 18.10.2023 20:04

Nazirlərdən sülh gündəliyinə bigə baxış

KepezTV Player

İkitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri xarici işlər naziri Ceyhun Bayramovla Türkiyəli həmkarı Hakan Fidan arasında keçirilən görüşdə müzairə olunub. İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında bir araya gələn tərəflər arasında iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov  İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə də görüşüb. C.Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gündəliyinin perspektivləri, habelə Qarabağ bölgəsində görülən antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib.