• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 16.10.2023 19:47

"Ermənistan prosesi ləngitsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır"

KepezTV Player

Ermənistan prosesi ləngidərsə, Azərbaycan Zəngəzur dəhlizinin İran əzarisindən çəkməyə hazırdır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "BBC"-nin rusdilli xəbər xidmətinə müsahibəsində deyib. Azərbaycanın guya Ermənistanın Sünik vilayətini tutmağa iddia etdiyi və Zəngəzur dəhlizini buradan çəkməyi planlaşdırdığı barədə sualı cavablandıran E.Əmirbəyov bu iddiaları təkzib edib. "Biz bunun Ermənistanın suveren ərazisi olduğunu qəbul edirik. Lakin biz digər tərəfin dəhlizlə hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilməliyik. Bizə Azərbaycanın əsas hissəsində Naxçıvan istiqamətindəki və ya əks istiqamətdəki qatara minən hər bir sərnişinin təhlükəsizliyinə dair etibarlı zəmanət lazımdır", - deyə o qeyd edib.