• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 16.10.2023 16:24

38 yaşlı qadın qətlə yetirilib, əri tutulub

KepezTV Player

Bakının Nizami rayonunda 1985-təvəllüdlü Yaqut Həşimovanın qəsdən öldürülməsi barədə Nizami rayon prokurorluğuna xəbər daxil olub. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırma zamanı 1984-cü il təvəllüdlü Anar Həşimovun Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.